Istifadəçi Şərtləri

1. RAZILAŞMANIN TƏRƏFLƏRİ

Bu razılaşmanın tərəfləri Fordclub.az və istifadəçilərdir.

2. RAZILAŞMANIN MƏQSƏDİ

Bu sənəd Fordclub.az xidmətlərindən istifadə qaydalarını və şərtlərini müəyyən edir.

3. TƏTBİQ SAHƏSİ

  • Fordclub.az saytında yerləşdirilmiş məlumatlar və məhsullar Fordclub.az tərəfindən paylaşılır.
  • Şəxsi kabinet - istifadəçinin şəxsi məlumatlarını saxlayan və yalnız bir hesab ilə idarə edilən bölmədir.
  • Fordclub.az xidmətlərindən istifadə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu razılaşmaya uyğun olaraq həyata keçirilir.

4. İSTİFADƏÇİ ÖHDƏLİKLƏRİ

  • İstifadəçi bu razılaşmanı qəbul edərək onun şərtlərinə əməl etməyə razıdır.
  • Fordclub.az istənilən vaxt bu şərtləri birtərəfli qaydada dəyişmək hüququna malikdir.
  • Əgər istifadəçi yeni şərtlərlə razı deyilsə, hesabını silmək və saytdan istifadəyə son qoymaq hüququna malikdir.

5. XİDMƏTLƏRİN İSTİFADƏSİ

  • Fordclub.az avtomobil ehtiyat hissələrini yerləşdirir və onların axtarışı üzrə xidmətlər təklif edir.
  • Saytda yerləşdirilən materiallar və xidmətlər reklamla müşayiət oluna bilər və istifadəçi bunu əvvəlcədən qəbul edir.

6. GİZLİLİK VƏ TƏHLÜKƏSİZLİK

  • İstifadəçi öz hesab məlumatlarını (şifrə, e-poçt) gizli saxlamağa öhdəlik götürür.
  • Hesaba icazəsiz giriş hallarında istifadəçi dərhal parolunu dəyişməlidir.

7. MƏLUMATIN DÜZLÜYÜ

Fordclub.az istifadəçilərin qeydiyyat zamanı təqdim etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşımır.

8. HÜQUQ POZUNTULARI

  • İstifadəçi tərəfindən qanun pozuntusu aşkar edilərsə, Fordclub.az hesabı məhdudlaşdırmaq və ya silmək hüququna malikdir.
  • Fordclub.az, tam olmayan və etibarsız informasiyaları istifadəçinin icazəsi olmadan silmək hüququna malikdir.

9. MÜBAHİSƏLƏRİN HƏLLİ

İstifadəçilər ilə Fordclub.az arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcəkdir.

Fordclub.az-dan istifadə edərkən bu şərtlərlə razılaşırsınız.