Məxfilik Siyasəti

1. KOMMUNİKASİYA

Fordclub.az istifadəçilərə qeydiyyat zamanı əlavə etdikləri elektron poçt ünvanları və ya telefon nömrələrinə məlumat və bildiriş mesajları göndərmək hüququna malikdir.

İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, bu mesajlar məlumatlandırıcı, təklif və ya reklam xarakterli ola bilər.

İstifadəçi təsdiqləyir ki, Fordclub.az istifadəçilərə bildirişlər göndərmək üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

İstifadəçilərin Fordclub.az administrasiyası və ya moderatorları ilə əlaqəsi yalnız elektron poçt vasitəsilə həyata keçirilir.

2. PROQRAM TƏMİNATI

Fordclub.az domen adı və saytın proqram təminatı Fordclub.az-ın xüsusi mülkiyyətidir.

Servisin funksionallığı yalnız istifadəçilərə xidmətlərdən yararlanmaq və onlardan faydalanmaq üçün nəzərdə tutulmuşdur.

Servisin hər hansı hissəsinin surətinin çıxarılması, dəyişdirilməsi və yayılması qadağandır.

Fordclub.az-dan istifadə edərək bu məxfilik siyasəti ilə razılaşırsınız.